Bakı Metropolitenindən maska ilə bağlı - VACİB AÇIQLAMA

Bakı Metropolitenindən maska ilə bağlı - VACİB AÇIQLAMA
SOSİAL
15:34 01.05.2022
13641
Bakı Metropoliteni koronavirus pandemiyası dövründə sərnişindaşıma və tibbi maskalardan istifadə ilə bağlı məlumat yayıb.

Bakı Metropoliteni QSC-dən AZXEBER.COM-a bildirilib ki, koronavirus pandemiyası elan edildiyi dövrdən metropolitenin fəaliyyətində bu və digər tənzimləmələr tətbiq edilib.

2020-ci il martın 29-31-də sərnişinlərinə gün ərzində cəmi 5 saat xidmət göstərən Bakı metropoliteni tarixində ilk dəfə həmin il aprel ayının 1-dən may ayının 9-una qədər 38 gün sərnişin daşımayıb.

Xüsusi karantin rejimi müddətində sərnişndaşıma fəaliyyəti may ayının 9-u səhər saat 06:00-da bərpa edilən metropolitendə pandemiya dövründə ən mühüm və zəruri qaydalardan biri tətbiq edilib. Bu, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbinin məcburi olması idi. Bu qayda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il may ayının 1-dən qüvvəyə minən qərarı ilə 728 gündən sonra metropolitendə ləğv edilib:

"Onu da əlavə edək ki, ötən dövr ərzində metropolitenin sərnişindaşıma fəaliyyəti daha iki dəfə tam məhdudlaşdırılıb. Yuxarıda qeyd edilən müddətdən savayı, Nazirlər Kabinetinin qərarları ilə metropoliten 2020-ci il iyul ayının 4-dən sentyabr ayının 14-dək 72 gün, 2020-ci il oktyabrın 19-dan 2021-ci il may ayının 31-dək 226 gün sərnişin daşımayıb. İstirahət və bir sıra bayram günləri də daxil olmaqla, Bakı metropoliteni ötən müddət ərzində 377 gün sərnişindaşıma xidməti göstərməyib", - qurumdan bildirilib.
 

Beləliklə, pandemiya dövründə sərnişinlər Bakı metropolitenindən istifadə etdikləri 389 gün ərzində tibbi maska, yaxud tənəffüs yollarını qoruyan digər fərdi vasitələrdən istifadə etməli olublar.

May ayının 1-dən metropoliten ərazisində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilməsi sərbəstdir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
14:17 16.09.2025
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
14:13 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
14:12 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
13:51 16.09.2025
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
13:41 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
13:38 16.09.2025
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
13:36 16.09.2025
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
Sentyabrın 21-də Günəş tutulması olacaq
13:30 16.09.2025
Sentyabrın 21-də Günəş tutulması olacaq
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
13:20 16.09.2025
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
13:07 16.09.2025
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
12:52 16.09.2025
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
12:48 16.09.2025
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
12:45 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"