Bakı metropoliteninin “ən gənc sərnişini”nə xüsusi sertifikat təqdim olunub

Bakı metropoliteninin “ən gənc sərnişini”nə xüsusi sertifikat təqdim olunub
SOSİAL
16:06 14.08.2025
152

Bakı Metropoliteninin "20 Yanvar” stansiyasında dünyaya gəlmiş körpəyə xüsusi sertifikat verilib.

Bu barədə AZXEBER.COM-a "Bakı Metropoliteni" QSC-dən bildirilib.

Məlumata əsasən, bu gün Bakı Metropoliteninin "20 Yanvar” stansiyasında dünyaya gəlmiş körpə Respublika Klinik Xəstəxanasından evə buraxılıb.

Metropoliten əməkdaşları xəstəxanadan çıxan körpə və anasını qarşılayıb, ona 25 yaşına qədər metrodan ödənişsiz istifadə hüququ verən sertifikat və simvolik hədiyyələr təqdim ediblər.

OXŞAR XƏBƏRLƏR