Bakı metrosuna yeni mətbuat katibi təyin edildi

Bakı metrosuna yeni mətbuat katibi təyin edildi
SOSİAL
15:48 21.07.2025
277
"Bakı Metropoliteni” QSC-yə yeni mətbuat katibi təyin edilib.

AZXEBER.COM "Qafqazinfo”-ya istinadən xəbər verir ki, teleaparıcı Nərmin Salmanova metropolitenin mətbuat katibi vəzifəsinə gətirilib.

Metropolitenin əvvəlki mətbuat katibi Bəxtiyar Məmmədovun isə fəaliyyətini Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri kimi davam edəcəyi bildirilib.

Qeyd edək ki, Nərmin Salmanova daha əvvəl CBC Sport və İTV kanallarında aparıcı kimi çalışıb.
OXŞAR XƏBƏRLƏR