Bakı metrosunda daha bir depo inşa olunacaq

İQTİSADİYYAT
15:51 08.01.2014
1628

Bakı Metropoliteni Zığ və ya Yeni Günəşli qəsəbələrinin birində yardımçı depo inşa etmək niyyətindədir. 

Metropolitendən APA-ya verilən məlumata görə, məsələ ilə bağlı müzakirələr müsbət tamamlamaq üzrədir.

Bu depo gələcəkdə dairəvi xəttin inşasını davam etdirməyə və sürətləndirməyə fürsət yaradacaq.

Qeyd edək ki, Bakı Metropoliteninin Xocasən qəsəbəsinin ərazisində «Xocasən» deposunu inşa edir. Bundan başqa, ikinci – «Dərnəgül» deposunun da inşası sürətlə davam etdirilir.

Hər iki deponun inşasının beş il müddətində aparılması nəzərdə tutulub. «Dərnəgül» deposu mövcud, digəri isə inşa olunacaq yeni xətlərə xidmət göstərəcək. Bundan başqa, elektrik depoları əsaslı təmir, indiki qulluq və saxlanma üçün nəzərdə tutulub.

OXŞAR XƏBƏRLƏR