Bakı metrosunda daha bir yenilik

MARAQLI
15:16 03.12.2012
4018
Bakı metropolitenində inşa olunacaq bütün yeni xətlərdə lokomotivlərə əvvəlki kimi beş deyil, artıq yeddi vaqon qoşulacaq.
AZXEBER.COM-un AzərTAc-a istinadən xəbər verir ki, tikinti xeyli müddətdir başlanıb və 2013-cü ilin sonunadək istifadəyə verilməsi gözlənilən “Avtovağzal” metro stansiyasında lokomotivlərə yeddi vaqon qoşulacaq. 
Qeyd edək ki, bu ərazidə paralel olaraq tunel tikilir. Stansiyaya giriş-çıxış zolağı olan bu ərazi avtomagistralın hər iki tərəfini əhatə etdiyindən bu, sərnişinlərin, xüsusən də piyadaların keçid probleminin həllinə şərait yaradacaq. Həmçinin yeraltı tunelin tikintisi ilə əlaqədar olaraq yaxınlıqda yerləşən dəmiryol stansiyası da bir qədər geriyə çəkiləcək.
OXŞAR XƏBƏRLƏR