Bakı metrosunda dəhşətli hadisə -35 yaşlı kişi qatar relslərinin üzərinə düşdü - FOTO

Bakı metrosunda dəhşətli hadisə -35 yaşlı kişi qatar relslərinin üzərinə düşdü - FOTO
SOSİAL
10:37 20.04.2017
13334
Bakı metrosunun "Nizami" stansiyasında 35 yaşlı kişi qatar relslərinin üzərinə yıxılaraq xəsarət alıb. 

AZXEBER.COM xəbər verir ki,  "Report”a yaralının aparıldığı 1 saylı Kliniki Tibbi Mərkəzin direktor müavini Adil Salahov bildirib ki, xəsarət alan kişi hazırda komadadır.

Onun sözlərinə görə, hələlik yaralının kimliyini tam dəqiqləşdirmək mümkün olmayıb: "Adının Fərid olduğunu deyirlər. O, qapalı kəllə-beyin travması, beyin əsasının sınığı diaqnozu ilə reanimasiyaya yerləşdirilib. Hazırda koma vəziyyətindədir, vəziyyəti ağır-stabil olaraq qalır”.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
 

OXŞAR XƏBƏRLƏR