Bakı Metropolitenində qeyri-adi hadisə - qadın "20 Yanvar" stansiyasında ana oldu

Bakı Metropolitenində qeyri-adi hadisə - qadın "20 Yanvar" stansiyasında ana oldu
SOSİAL
10:17 08.08.2025
174
"Bakı Metropoliteni" QSC-nin "20 Yanvar” stansiyasından doğuş səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə (TƏBİB) müraciət qeydə alınıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Məlumata əsasən, hadisə yerinə təcili tibbi yardım briqası cəlb olunub.

36-37 həftəlik hamiləliyi olan şəxsə zəruri tibbi xidmətlər göstərərək doğuşu nəzarətə götürüb. Çəkisi 2 200 qram olan oğlan uşağı dünyaya gəlib.

Daha sonra ana və körpə Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunub. Hazırda hər ikisinin vəziyyəti stabil qiymətləndirilir.
OXŞAR XƏBƏRLƏR