Bakı metropoliteninin "Həzi Aslanov" və "Xalqlar dostluğu" stansiyalarına şəhər şəbəkəsindən gələn yüksək gərginlikli xətlərdə elektrik enerjisinin verilməsində məhdudiyyətlər tam aradan qaldırılıb.
Bu barədə AZXEBER.COM-a Bakı Metropoliteni İdarəsinin Mətbuat xidmətindən məlumat verilib.
Bu səbəbdən həmin istiqamətdə metropolitenin dizel-generatorları yenidən ehtiyat rejimə keçirilib.
Qatarlar arasında interval hərəkət qrafikinə uyğun təmin edilməklə gecikmələr aradan qaldırılıb. Bakı metropoliteninin stansiyaları normal iş rejimi şəraitində fəaliyyətini davam etdirir.