Bakı metropolitenində eskalatorun dayanması izdihama səbəb olub.
AZXEBER.COM-un məlumatına görə, hadisə "28 May" metrostansiyasında olub.
Belə ki, hərəkətdə olan eskalator anidən dayanıb. Nəticədə sərnişinlərin aşağı düşməsində çətinliklər yaranıb və bu müəyyən müddətlik sıxlığa səbəb olub.
Bir neçə dəqiqədən sonra eskalatorun hərəkəti bərpa olunub.
Aydın