Bakı metrosu bu gün də sərnişinlər üçün problem yaradıb.
Xətlərdən birində yaranmış problem qatarların gecikməsinə səbəb olub. Metronun "Həzi Aslanov"dan "İçərişəhər"ə, o cümlədən "Dərnəgül"dən "28 May" stansiyasına gələn qatarlar tunellərdə dayanaraq stansiyalara gecikmə ilə çatıblar.
Bakı Metropoliteninin Hərəkət Xidmətinin baş mühəndisi Etibar İsayev açıqlamasında bildirdi iki, qatalardan birində nasazlıq yaranıb. Bunun nəticəsində qatarların hərəkətində 5-7 dəqiqə ləngimə olub.
Baş mühəndisin sözlərinə görə, xarab olmuş qatar xətdən çıxarılıb və hazırda hərəkət bərpa olunub. (milli.az)