Bakı metrosunda həyəcanlı anlar - Qatar tuneldə qaldı

Bakı metrosunda həyəcanlı anlar - Qatar tuneldə qaldı
SOSİAL
10:19 27.04.2017
3650
Bakı metrosunda qatar tuneldə qalıb, sərnişinlər həyəcanlı anlar yaşayıblar.
 
Bu gün səhər saat 9:15-də "Həzi Aslanov"-"İçərişəhər" xətti üzrə hərəkət edən qatar "28 May" və "Sahil" stansiyaları arasında olarkən tuneldə dayanıb. Sərnişinlər qatarın yenidən hərəkətə gəlməsini düz 7 dəqiqə gözləməli olublar.

Qatarın dayanmasının bu qədər uzun çəkməsi bəzi sərnişinləri həyəcana salıb. Maşinist səsgücləndirici ilə sərnişinləri sakitləşdirib, qorxulu heç bir hadisənin olmadığını desə də, qatarın dayanma səbəbini açıqlamayıb.
 
///milli.az
OXŞAR XƏBƏRLƏR