Bakı metrosunda iş vaxtı uzadılacaq - SƏBƏB

Bakı metrosunda iş vaxtı uzadılacaq - SƏBƏB
SOSİAL
15:42 14.02.2023
210
"Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçika klubu "Gent”lə keçirəcəyi oyuna görə, fevralın 16-dan 17-nə keçən gecə metronun "Gənclik”, "Nərimanov” və "28 May” stansiyaları saat 01:00-a qədər işləyəcək.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Qarabağ” rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, matçın gec başa çatacağı nəzərə alınaraq, "Bakı Metropoliteni” QSC-yə müraciət ünvanlanıb. Bu müraciətə müsbət cavab verilib.

Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ” – "Gent” oyunu saat 21:45-də başlayacaq.
OXŞAR XƏBƏRLƏR