Bakı metrosunda işıq kəsildi - Qatarlar gecikir

Bakı metrosunda işıq kəsildi - Qatarlar gecikir
SOSİAL
15:17 03.05.2025
604
"Həzi Aslanov” və "Xalqlar dostluğu” stansiyaları istiqamətindəki şəhər şəbəkəsindən Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən "Bakı Metropoliteni” QSC-yə gələn yüksək gərginlikli elektrik xətləri ilə enejinin verilişində məhdudiyyətlər yaranıb.

Bu barədə AZXEBER.COM-a Bakı Metropoliteni İdarəsinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu səbəbdən dərhal həmin istiqamətdən elektrik təchizatını təmin edən Bakı metropoliteninin dizel-generatorları qoşulmaqla qatarların hərəkəti təmin edilir.

Qatarların hərəkətində qismən gecikmələr müşahidə olunur. Bakı metropoliteninin stansiyaları fəaliyyətini normal iş rejimi şəraitində davam etdirir.
OXŞAR XƏBƏRLƏR