Bakı metrosunda ölüm hadisəsi yaşandı

Bakı metrosunda ölüm hadisəsi yaşandı
SOSİAL
09:19 09.12.2021
2579
Bu gün səhər saatlarında Bakı metrosunda ölüm hadisəsi baş verib.

"Bakı Metropoliteni” QSC-nin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov AZXEBER.COM-a bildirib ki, yaşlı kişi qatarda özünü pis hiss edib. O, dərhal platformaya çıxarılıb. Əraziyə təcili tibbi yardım çağırılıb.

Həkimlər gələnə qədər həmin şəxs həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR