Bu gün "Ulduz" metrostansiyasında problem yaşanıb.
Səhər saat 06:50 radələrində "Dərnəgül" xətti ilə gələn qatar saxlanılaraq, sərnişinlər təxliyə olunublar. Hadisə yerində olan şahidin sayta verdiyi məlumatına əsasən, bunu qatarda yanğın hadisəsinin qeydə alınması ilə əlaqələndiriblər.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev sayta deyib ki, səhər 06:50-də 11 saylı marşrutda nasazlıq yaranıb.
"Bu səbəbdən sərnişinlər qatardan boşaldılıblar. "Nərimanov"a yaxın olduğu uçün qatar depoya göndərilib. Yanğın isə olmayıb", - deyə N.Paşayev bildirib.
///gün.az