Bakı metrosunda oğurluq edən dəstə tutuldu

Bakı metrosunda oğurluq edən dəstə tutuldu
SOSİAL
12:31 30.07.2018
3526
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ictimai nəqliyyatda oğurluq etməkdə şübhəli bilinən şəxslər yaxalanıblar.

DİN-dən AZXEBER.COM-a verilən məlumata görə, Metropolitendə Polis Şöbəsinə müraciət edən Qazax rayon sakini S.Şıxıyevaya "Gənclik” stansiyasında qatarda çantasından mobil telefonunun oğurlandığını bildirib.

Məlumatla əlaqədar dərhal polis əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıb və qısa müddətdə oğurluq etməkdə şübhəli bilinən 3 nəfər müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onların Balakən rayon sakini Rəşad Qurbanov və əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakini Zaur Ələkbərov və Sumqayıt şəhər sakini Təvəkkül Cavadov olduqları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

OXŞAR XƏBƏRLƏR