Bakı metrosunda oğurluq edən şəxs saxlanıldı

Bakı metrosunda oğurluq edən şəxs saxlanıldı
SOSİAL
15:04 10.12.2022
159
Metroda oğurluq edən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Hacıqabul rayon sakini olan bir qadının metro stansiyaların birində içərisində pul olan pul qabısının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub

Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Samir Nəcəfov müəyyən olunaraq saxlanılıb.

Məsələ ilə bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR