Bakı metrosunda problem - Sıxlıq yarandı

Bakı metrosunda problem - Sıxlıq yarandı
SOSİAL
10:02 23.10.2018
2893
Bakıda metroda qatarların hərəkətində gecikmə olub.

Bu barədə AZXEBER.COM-a "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, intervalda baş verən gecikməyə səbəb "Neftçilər" stansiyasında qatar dalandan çıxarkən nasazlıq yaranması olub: "Saat 07:50-də "Neftçilər" stansiyasında 38-ci marşrut üzrə hərəkətdə olan, dalandan çıxan qatarda texniki problem yaranıb. Nəticədə qatar xəttə 5 dəqiqədən sonra çıxıb. Bu səbəbdən digər qatarların intervalında 7-9 dəqiqə gecikmə yaranıb".

B.Məmmədov bildirib ki, hazırda qatarların hərəkətində və intervalda heç bir problem yoxdur.
OXŞAR XƏBƏRLƏR