Bakı metrosunda qadın özünü qatarın altına atdı

Bakı metrosunda qadın özünü qatarın altına atdı
SOSİAL
11:29 15.03.2017
17428
Bakıda metro stansiyasında intihara cəhd hadisəsi baş verib.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə bildirib ki, hadisə bu gün saat 10:40 radələrində metronun " Ulduz" stansiyasında baş verib. 1961-ci il təvəllüdlü Kərimova Hüsniyyə Tufan qızı qatar platformaya daxil olarkən özünü qatarın altına atıb. Maşinist dərhal qatarı saxlayıb və qadın relslərin arasından çıxarılıb.

İntihara cəhdin səbəbləri hələlik məlum deyil.
OXŞAR XƏBƏRLƏR