Bakı metrosunda qatarların hərəkətində niyə gecikmə baş verib? - AÇIQLAMA

Bakı metrosunda qatarların hərəkətində niyə gecikmə baş verib? - AÇIQLAMA
SOSİAL
11:29 14.03.2024
246
Bu gün səhər saatlarında Bakı metrosunda qatarların gecikməsi texniki nasazlıq, ciddi nöqsan və sərnişin hərəkətinə mane ola biləcək texniki səbəblərlə bağlı deyil.

Bunu "Report"a "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

"Bayramqabağı metroda belə hallar olur. Bu sərnişin axınının istiqamətləri ilə bağlı məsələdir. Yeni il, Novruz Bayramı və digər belə bayramlarda ənənəvi, işə gedən sərnişinlərlə yanaşı, bayram hazırlığı görən sərnişinlər də olur. Onlar metrodan az istifadə edən və yaxud ümumiyyətlə istifadə etməyən sərnişinlərdir. Hər bir stansiyada səmtin müəyyən edilməsi ilə bağlı çətinliklər olanda vaqonların qapılarının tutulub saxlanılması halları olur və bu, gecikmələrə səbəb olur", - deyə o qeyd edib.

"Ənənəvi iş rejimində belə hallar 1-2 stansiyada olanda adi hal kimi qarşılamaq olur. Amma bu, bir çox stansiyalarda olarsa qatarların gecikməsinə səbəb olur. Düzdür, qatarın bir stansiyadan digər stansiyaya getdiyi müddətdə yubanmadakı saniyələri aradan qaldırmaq olur. Ancaq növbəti stansiyada qatarın stansiyaya daxil olması üçün təkcə əvvəlki qatar stansiyanı tərk etməli deyil, eyni zamanda qatarın hərəkətini tənzimləyən sistem buna icazə verməlidir. Bu səbəbdən də bir neçə istiqamətdə qatarın tuneldə gözləməsi halları müşahidə olunub”, - deyə metro rəsmisi vurğulayıb.
"Ümumilikdə götürdükdə qatarlarda texniki nasazlıqlar və digər hallar yoxdur. Dediyim halların tənzimlənməsi məqsədi ilə "Bakı Metropoliteni” əvvəlcədən xüsusi tədbirlər görməyə çalışır və maksimum qüvvə sərf edir", - deyə B.Məmmədov fikrini tamamlayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dəniz sahilini zibilləyən kimlərdir? – Məsuliyyət kimdədir?
17:51 17.07.2026
Dəniz sahilini zibilləyən kimlərdir? – Məsuliyyət kimdədir?
Zelenski: Rusiya ötən gecə 130-dan çox zərbə dronu ilə Ukraynaya hücum edib
17:49 17.07.2026
Zelenski: Rusiya ötən gecə 130-dan çox zərbə dronu ilə Ukraynaya hücum edib
Azərbaycanda iş qəzaları ən çox hansı sahələrdə baş verir? – ARAŞDIRMA
17:41 17.07.2026
Azərbaycanda iş qəzaları ən çox hansı sahələrdə baş verir? – ARAŞDIRMA
Bu il aliment ödəyən qadınların sayı açıqlandı
17:34 17.07.2026
Bu il aliment ödəyən qadınların sayı açıqlandı
II cəhd imtahanlarının nəticələri - 4 nəfər 400 bal topladı
17:23 17.07.2026
II cəhd imtahanlarının nəticələri - 4 nəfər 400 bal topladı
Belçikada isti hava can aldı: Ölənlərin sayı 2 mini keçdi
17:15 17.07.2026
Belçikada isti hava can aldı: Ölənlərin sayı 2 mini keçdi
“Qarabağ ilə bağlı ən böyük arzum reallaşdı” - Seyran Səxavət ilə müsahibə
17:04 17.07.2026
“Qarabağ ilə bağlı ən böyük arzum reallaşdı” - Seyran Səxavət ilə müsahibə
Valideynlərin diqqətinə - Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır
16:56 17.07.2026
Valideynlərin diqqətinə - Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır
Abituriyentlər valideynlərini belə aldadır: Süni intellektlə ballarını artırırlar
16:54 17.07.2026
Abituriyentlər valideynlərini belə aldadır: Süni intellektlə ballarını artırırlar
Bakıda bir ayda 372 kiloqramdan çox narkotik dövriyyədən çıxarıldı
16:27 17.07.2026
Bakıda bir ayda 372 kiloqramdan çox narkotik dövriyyədən çıxarıldı
Qurban Qurbanovdan gözlənilməz QƏRAR
16:22 17.07.2026
Qurban Qurbanovdan gözlənilməz QƏRAR
Yas mərasimlərində qida zəhərlənmələri: Mütəxəssisdən ciddi xəbərdarlıq
16:10 17.07.2026
Yas mərasimlərində qida zəhərlənmələri: Mütəxəssisdən ciddi xəbərdarlıq
Qarabağda həyat yenidən canlanır: Böyük Qayıdışla bağlı son rəqəmlər
15:57 17.07.2026
Qarabağda həyat yenidən canlanır: Böyük Qayıdışla bağlı son rəqəmlər
Sükan arxasında yuxulayan sürücü və xanımı həlak oldu - VİDEO
15:52 17.07.2026
Sükan arxasında yuxulayan sürücü və xanımı həlak oldu - VİDEO
Avtobusda niyə əks istiqamətdə oturmaq istəmirik? – Səbəbi sizi təəccübləndirəcək
15:34 17.07.2026
Avtobusda niyə əks istiqamətdə oturmaq istəmirik? – Səbəbi sizi təəccübləndirəcək
Lavrov vurulan AZAL təyyarəsindən danışdı: Məsələ həllini tapıb
15:32 17.07.2026
Lavrov vurulan AZAL təyyarəsindən danışdı: Məsələ həllini tapıb