Sosial şəbəkələrdə Bakı metrosunda sərnişinlərdən birinin lüzumsuz səbəblə "sərnişin-maşinist” rabitəsindən istifadə etməsi ilə bağlı görüntülər yayılıb.
AZXEBER.COM xəbər verir ki, sərnişin düyməni sıxaraq "bu düyməni basmağın cəriməsi nə qədərdir?" deyə soruşur.
Sual qarşısında çaş-baş qalan maşinist "cəriməsi var" deyərək cavab verir.
Sözügedən görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 306-cı maddəsi ilə sərnişin bu addımına görə 200 manat məbləğində cərimə edilə
bilər.