Bakı metrosunda sərnişin öldü

Bakı metrosunda sərnişin öldü
SOSİAL
21:24 04.01.2019
6642
Bakı metropolitenində ölüm hadisəsi baş verib.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, "Həzi Aslanov” stansiyasından hərəkət edən qatarda kişi sərnişinin halı qəfil pisləşib. Həmin şəxs "Ulduz” stansiyasında sərnişinlərin köməyilə qatardan düşürülüb. Təcili yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

"Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov açıqlamasında ölüm faktını təsdiqləyib.

Həmin şəxsin kimliyi dəqiqləşdirildikdən sonra məlumat veriləcək.
OXŞAR XƏBƏRLƏR