Bakı metrosunda sərnişinlər niyə zorla qatardan düşürülür? - ARAŞDIRMA

Bakı metrosunda sərnişinlər niyə zorla qatardan düşürülür? - ARAŞDIRMA
16:21 31.01.2013
3745

Bu barədə AZXEBER.COM-a oxucular tərəfindən məlumat daxil olub.

Belə ki, metronun “Həzi Aslanov” – “Dərnəgül” xətti ilə hərəkət edən qatar gündə bir neçə dəfə yolun sonuna kimi getməkdən “imtina edir”. “Memar Əcəmi” stansiyasında “Qatara minik yoxdur” elanı səslənir və sərnişinlərdən qatarı boşaltmaq tələb olunur. Qatardan düşən sərnişinlər isə növbəti qatarı gözləməli olur. Tez-tez baş verən bu hal xətt üzrə “Memar Əcəmi” stansiyasından sonra yerləşən “Nəsimi”, “Azadlıq prospekti” və “Dərnəgül” stansiyalarına gedən insanlarda narazılıq yaradıb. Onlar bu səbəbdən hər dəfə getdikləri yerə gecikdiklərini bildiriblər.

AZXEBER.COM olaraq məsələni araşdırdıq və məlumatın düzgün olduğunu, sadalanan halın metopolitendə adət halını aldığını öyrəndik. Əlaqədar şəxslərdən bu halın baş vermə səbəbini soruşsaq da, dolğun cavab ala bilmədik: “Qatarların iş qrafiki belədir. Bəzən “Memar Əcəmi”dən qayıdırlar, bəzən isə “Dərnəgül”dən.”

Maraqlıdır, əgər yeni stansiyalar istifadəyə verilirsə, qatarların iş qrafiki nəyə görə buna tam olaraq uyğunlaşdırılmır? Məlumat üçün qeyd edək ki, “Memar Əcəmi” stansiyası 1985-ci ildə istismara verilib. Bundan sonra 23 il ərzində bu xətt üzrə qatarların sonuncu dayanacağı “Memar Əcəmi” olub. Sonradan 2008-ci ildə “Nəsimi”, 2009-cu ildə “Azadlıq Prospekti”, 2011-ci ildə isə “Dərnəgül” stansiyası istifadəyə verilib.

OXŞAR XƏBƏRLƏR