Bakı metrosunda tibbi maska taxmaq tələb olunacaq

Bakı metrosunda  tibbi maska taxmaq tələb olunacaq
SOSİAL
16:43 02.05.2020
1728

Pandemiya dövründə metroya daxil olanda tibbi maska taxmaq tələb olunacaq.

AZXEBER.COM-un "koronavirusinfo.az" saytına istinadən məlumatına görə, bu barədə Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin təsdiqlədiyi ictimai nəqliyyatda koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlərində məlumat verilib. 

 

Qeyd edilib ki, bilet kassalarının, ödəməterminallarının qarşısında, nəqliyyat vasitəsini gözləyərkən və yola düşdükdə - metro stansiyalarına daxil olduqda tibbi maska taxmaları tələb olunmalıdır. Eyni zamanda məsafə saxlamaları üçün nəqliyyat vasitələrinin gözləmə məntəqələrində - yerdə/platformalarda və s. müvafiq işarələnmə aparılmalıdır.

OXŞAR XƏBƏRLƏR