Bakı metrosunda ticarət köşkləri niyə vaxtından əvvəl yığışdırılır?

Bakı metrosunda ticarət köşkləri niyə vaxtından əvvəl yığışdırılır?
SİYASƏT
10:54 17.03.2014
1282
Metronun 21 stansiyasında ticarət artıq dayandırılıb.
“Bakı şəhəri İcra Hakimiyyətinin Bakı Metropoliteninin stansiyalarında ticarət köşklərinin götürülməsi ilə bağlı keçirdiyi tədbirlərdə hər hansı insident qeydə alınmayıb”.
Bunu APA-ya açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov bildirib.
Ə. Bağırov deyib ki, metronun 21 stansiyasında ticarət artıq dayandırılıb: “Hazırda metronun “Nəriman Nərimanov”, “Memar Əcəmi” və “Neftçilər” stansiyalarında köşklərin yığışdırılması prosesi davam etdirilir, “Xalqlar Dostluğu” və “İnşaatçılar” stansiyalarında isə işlər günün sonuna qədər başa çatdırılacaq”.
Ticarət obyektləri sahiblərin BŞİH tərəfindən təklif olunan ticarət mərkəzlərinə köçürülməsi məsələsinə toxunan Ə.Bağırov qeyd edib ki, artıq bir çox sahibkarlar həmin ticarət mərkəzlərinə köçüb və onlara köməklik edilir: “Əvvəllər də qeyd olunduğu kimi, onlardan 3 ay ərzində dövlət rüsumu götürülməyəcək”.
Qeyd edək ki, BŞİH rəhbəri Hacıbala Abutalıbovun imzaladığı sərəncama əsasən, martın 28-nə qədər Bakı Metropoliteninin bütün stansiyalarının giriş-çıxışlarında olan obyektlər söküləcək.
BŞİH rəhbərliyinin Metropoliten ərazisində fəaliyyət göstərən obyekt sahibləri ilə əldə etdiyi razılığa əsasən, sahibkarların işlə təmin edilmələri və digər ticarət obyektlərinə köçürülmələri üçün təkliflər edilib. Sahibkarlara “Amay” və “Yeni Günəşli” ticarət mərkəzlərində, “Keşlə”, “Yaşıl” və “Şərq” bazarlarında yerlər təklif olunur. Bu təkliflə razılaşacaq sahibkarlardan 3 ay müddətində dövlət rüsumu alınmayacaq.
Qeyd edək ki, Bakı Metropolitenində ümumilikdə 1194 ticarət obyektinin sökülməsi planlaşdırılıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Doğuş zamanı ölən ana ilə bağlı daha bir AÇIQLAMA
07:39 09.07.2025
Doğuş zamanı ölən ana ilə bağlı daha bir AÇIQLAMA
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
05:35 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir