Bakı metrosunda yenidən nasazlıq yarandı

Bakı metrosunda yenidən nasazlıq yarandı
SOSİAL
12:48 24.02.2026
258
Bu gün metropoliteninin "İçərişəhər" - "Sahil" mənzilində "qırmızı xətt" üzrə hərəkət edən qatarda baş verən texniki nasazlıq bərpa olunub.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.

Bildirilib ki, "yaşıl" və "qırmızı" xətlərdə intervallar qorunmaqla qatarların qrafik üzrə hərəkəti bərpa olunub, yubanmalar yoxdur.
 
***
Bu gün saat 11:18-də Bakı metropoliteninin "İçərişəhər" - "Sahil" mənzilində "qırmızı xətt" üzrə hərəkət edən qatarda texniki nasazlıq qeydə alınıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.

Texniki baxışın keçirilməsinə zərurət yarandığından normativ tələblərə uyğun olaraq sərnişinlər "Sahil" stansiyasında düşürülüb, qatar köməkçi qatar vasitəsilə xətdən çıxarılır. Bu səbəbdən hazırda "qırmızı" və "yaşıl xətlər"də qatarların hərəkətində gecikmələr var.

"Bənövşəyi xət"də və "Cəfər Cabbarlı" - "Xətai", "Həzi Aslanov" - "Əhmədli" mənzillərində qatarlar qrafik üzrə hərəkət edir.

Qeyd edək ki, fevralın 19-da və 20-də də Bakı metrosunda analoji problemlər müşahidə edilib.

OXŞAR XƏBƏRLƏR