Bakı metrosunda özünü öldürən şəxslə bağlı yeni xəbər

Bakı metrosunda özünü öldürən şəxslə bağlı yeni xəbər
SOSİAL
14:19 12.01.2018
1441
Bu gün Bakı metrosunun "Qara Qarayev" stansiyasında 47 yaşlı kişinin özünü qatarın altına ataraq intihar etməsi faktı ilə bağlı cinayət işi başlanılıb.
 
1971-ci il təvəllüdlü Cəmilov Cəmil Qulam oğlunun intihar etməsi ilə əlaqədar Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, C.Cəmilov uzun illər ağır xəstəlikdən əziyyət çəkib. O, Qarabağ müharibəsi iştirakçısı olub və müharibədə ağır yaralanıb.

Qeyd edək ki, hadisə "Həzi Aslanov" stansiyasından "Dərnəgül"ə gedən, 28 saylı marşrut üzrə hərəkət edən qatar "Qara Qarayev” metrostansiyasına daxil olanda baş verib. Həmin şəxs özünü qatarın altına atmaq istəyib. Lakin son anda fikrindən daşınıb və geri çəkilib. Qatar həmin şəxsi vuraraq platformaya atıb, intihara cəhd edən şəxs relslərin üzərinə düşməyib.
 
///Lent.az 
OXŞAR XƏBƏRLƏR