Bakı metrosundan sərnişinlər təxliyyə ediliblər

Bakı metrosundan sərnişinlər təxliyyə ediliblər
SOSİAL
09:49 20.04.2022
374
Bakı metrosunda həyəcanlı anlar baş verib.

AZXEBER.COM xəbər verir ki, bu barədə qurumun Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

"Həzi Aslanov-İçərişəhər" istiqamətində hərəkət edən qatarın sonuncu vaqonunda qoxu hiss edilib. Nəticədə sərnişinlər qatardan təxliyyə edilib.

Qatara baxış keçirilib. Hansısa texniki problem olmadığı müəyyən olunub. Lakin vaqonda qoxu qaldığından, sərnişinlərin natahatlığına səbəb olmamaq üçün qatar boşaldılıb və depoya yola salınıb. Dərhal əvəzinə qatar verilib. Qoxu aradan qaldırıldıqdan sonra həmin qatar xətdə işini davam etdirəcək.
OXŞAR XƏBƏRLƏR