Bakı metrosunun bu stansiyası təmirə bağlanacaq

Bakı metrosunun bu stansiyası təmirə bağlanacaq
SOSİAL
12:58 07.06.2018
8057
"Xətai” metrostansiyası payız aylarında təmirə bağlanacaq.

"APA-Economics" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov məlumat verib.

Onun sözlərinə görə, təmir zamanı stansiyanın yerüstü vestibülü və eskalatorları dəyişdiriləcək. ""Xətai” stansiyası bu ilin oktyabr-noyabr aylarında təmir bağlanacaq. "Bakmil” stansiyasında aparılan təmir işlərində isə maksimum olaraq sərnişin daşınmasında problem olmamasına çalışırıq. Bilirsiniz ki, Metropolitenimiz elə bir şəraitdədir ki, istər-istəməz sərnişinlərin hərəkətinin təminatında məhdudiyyətlər yaranır. Elə olur ki, məhdudiyyət yaranmadan biz bu təmir işlərini aparırıq.” – deyə sədr müavini qeyd edib.
OXŞAR XƏBƏRLƏR