Bakı metrosunun Müşahidə Şurasının tərkibi dəyişib

Bakı metrosunun Müşahidə Şurasının tərkibi dəyişib
SOSİAL
15:53 24.07.2024
97
Prezident İlham Əliyev "Bakı Metropoliteni” QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” 30 mart 2021-ci il tarixli sərəncamında dəyişiklik edib.

AZXEBER.COM xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni sərəncam imzalayıb.

Sərəncama əsasən, Şuranın üzvü olan rəqəmsal inkişaf və nəqliyyatı nazirinin müavini Samir Məmmədov digər nazir müavini Rəhman Hümmətovla əvəz edilib.
OXŞAR XƏBƏRLƏR