Bakı-Moskva reysi ilə uçan təyyarə hava limanına geri qayıtdı

Bakı-Moskva reysi ilə uçan təyyarə hava limanına geri qayıtdı
SOSİAL
10:15 14.08.2022
364
"Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2 807 nömrəli Bakı-Moskva (Vnukovo aeroportu) reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən uçuş hava limanına qayıtmaq qərarına gəlib.

AZXEBER.COM xəbər verir ki, "Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, təyyarə saat 08:08-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Sərnişinlər digər təyyarə ilə Moskvaya yola düşəcəklər.
OXŞAR XƏBƏRLƏR