Bakı-Moskva reysinin bərpa olunmaması ilə bağlı AZAL-dan AÇIQLAMA

Bakı-Moskva reysinin bərpa olunmaması ilə bağlı AZAL-dan AÇIQLAMA
İQTİSADİYYAT
13:14 08.05.2025
360
"Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Bakıdan Rusiyanın Moskva şəhərinə planlaşdırılan J2-181 ("Domodedovo” aeroportu) və J2-807 ("Vnukovo” aeroportu) nömrəli reysləri sözügedən marşrutun müəyyən hissələrində məhdudiyyətlərin hələ də tətbiq edilməsi səbəbindən təxirə salınıb.

AZAL uçuşların təhlükəsizliyini rəhbər tutaraq vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri yeniliklər barədə məlumatlandıracaq.

Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.
OXŞAR XƏBƏRLƏR