Bakı Musiqi Akademiyasının tələbələri ilkə imza atdı - FOTOLAR

GƏNCLİK
16:19 05.12.2012
3328

Bu gün Bakı Musiqi Akademiyası Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Akademiya tələbələrinin ”Tələbə Yaradıcılıq sərgisi” keçirilib. AZXEBER.COM-un məlumatına görə, sərgidə tələbələrin dekorativ-tətbiqi sənət, rəngkarlıq, qrafika işləri sərgiləndi. Bakı Musiqi Akademiyası Həmkərlar İttifaqı Komitəsi və Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə tələbələr arasında “Nizami 870”, “ Niyazi 100”, “ Fikrət Əmirov 90” mövzularında “Sərbəst yazı işləri” üzrə elan olunmuş müsabiqənin mükafatlandırma mərasimi keçirildi. Mükafatları Bakı Musiqi Akademiayasının rektoru, professor Fərhad Bədəlbəyli təqdim etdi. Bununla yanaşı, Bakı Musiqi Akademiyası Tələbə Gənclər Təşkilatının fəaliyyəti dövründə ilk dəfə olaraq təşklilatın “MEZZO” tələbə jurnalı işıq üzü gördü. Jurnalın təqdimat mərasimində, əvvəlcə təşkilatın sədri, eyni zamanda jurnalın təsisçisi və baş redaktoru Vüqar Hümbətov jurnalın tələbə həyatındakı xüsusi rolundan danışdı. O, jurnalın ərsəyə gəlməsində xüsusi əməyi olan akademiyanın rektoru Fərhad Bədəlbəyliyə, prorektor Gülnaz Abdullazadəyə, HİK-in sədri Aqil Qafulova, bütün professor-müəllim və redaksiya heyyətinə öz təşəkkürünü bildirdi. Tədbirdə Bakı Musiqi Akademiyasının prorektorları, dekanlar, professor-müəllim heyəti və TGT-in fəalları iştirak etdilər.Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR