Yeni il münasibətilə Bakı Musiqi Akademiyasının bir qrup xeyriyyəçi tələbəsi Şüvəlanda və Buzovnada valideyn himayəsindən məhrum olmuş kimsəsiz körpələrin qonağı olublar. AZXEBER.COM-un məlumatına görə, tələbələr uşaqlar üçün konsert proqramı təşkil ediblər. Sonda uşaqlara hədiyyə verilib. Konsert proqramı və hədiyyələr körpələr tərəfindən xüsusi maraqla qarşılanıb.