Bakı-Nabran avtobusunda partlayış müəmması- Olub, ya yox?

SOSİAL
14:31 01.08.2016
1769
Bu gün səhər saatlarında Bakı-Nabran marşrutu üzrə hərəkət edən "Hyundai" markalı mikroavtobusda radiatorun partlaması nəticəsində 5 sərnişinin ayağından yanıq xəsarətləri alması barədə xəbərlər yayılıb.
Xəsarət alanların vəziyyəti və qəzanın təfərrüatı barədə məlumat almaq istəsək də, heç bir qurum bu məlumatı təsdiqləmədi.
AZXEBER.COM  bildirir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən publika.az-a dedilər ki, həmin qəza barədə onlarda heç bir məlumat yoxdur.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı da məlumatı mətbuatdan oxuduğunu, lakin belə bir hadisənin olmadığını deyib: "İşdə olmasam da, xəbərləri izləyirəm. Belə bir hadisə olsa idi, ilk biz reaksiya verərdik".
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev də modern.az-a açıqlamasında belə faktın qeydə alınmadığını bildirib: "Bizə belə məlumat daxil olmayıb".
OXŞAR XƏBƏRLƏR