Bakı-Naxçıvan aviareysləri ildırıma görə ləğv edildi

Bakı-Naxçıvan aviareysləri ildırıma görə ləğv edildi
SOSİAL
14:20 27.06.2026
247
Azərbaycan Hava Yollarının (AZAL) bu günə planlaşdırılan Bakı-Naxçıvan reysləri Naxçıvan aeroportunda müşahidə olunan ildırımlı hava şəraiti səbəbindən ləğv edilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti  məlumat yayıb.

Bildirilib ki, sərnişinlərə mümkün dəyişikliklərlə bağlı ətraflı məlumat veriləcək və hava şəraiti sabitləşdikdən sonra uçuşlar ştat rejimdə icra edilməyə davam edəcək.

AZAL-da bütün qərarlar sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edilir və beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirilir.
OXŞAR XƏBƏRLƏR