Bakı Nəqliyyat Agentliyi dünənki rəzalətə görə polisi günahlandırdı

Bakı Nəqliyyat Agentliyi dünənki rəzalətə görə polisi günahlandırdı
SOSİAL
14:28 28.09.2017
7477
"Bakı Nəqliyyat Agentliyi (BNA) ötən gün baş tutan "Qarabağ" - "Roma" matçından əvvəl də, sonra da öz üzərinə düşən vəzifəni yerinə yetirib". "APA-Economics" xəbər verir ki, bunu BNA-nın mətbuat katibi Mais Ağayev bildirib.
 
Ötən gündən sosial şəbəkələrdə BNA-nın kəskin tənqid olunur. Ötən gün matçı Bakı Olimpiya Stadionundan izləyən azarkeşlərin əksəriyyəti iddia edir ki, BNA matçdan əvvəl də, sonra da öncədən verdiyi vədlərə əməl etməyib. Başqa sözlə, azarkeşlərin stadion ərazisindən metronun "Qara Qarayev" və "Gənclik" stansiyasına daşınması təmin olunmayıb. Ötən gün yağan güclü yağış nəticəsində isə azarkeşlər ciddi çətinliklərlə üzləşiblər.
 
BNA isə iradlarla razılaşmır. M. Ağayev deyir ki, problemin kökündə Bakı Olimpiya Stadionunun təhlükəsizlik xidmətinin əməkdaşları və ərazidə xidmət göstərən polis nəfərləri tərəfindən stadiondan çıxan azarkeşlərin yanlış istiqamətə yönləndirilməsi durur: "BNA-nın vəzifəsi azarkeşləri "A" nöqtəsindən "B" nöqtəsinə daşımaq idi. Oyundan öncə də xəbər vermişdik ki, həm "Gənclik", həm də "Qara Qarayev" stansiyasının çıxışından azarkeşlərin Bakı Olimpiya Stadionuna daşınması üçün 400 avtobus ayrılıb. Ayrılan avtobuslar isə İctimai Nəqliyyat Terminalında 23:30-a qədər fəaliyyət göstərib. Sadəcə stadiondan çıxan azarkeşlər təhlükəsizlik xidməti və polis əməkdaşları tərəfindən yanlış yönləndirilib. Belə ki, azarkeşlər İctimai Nəqliyyat Terminalına deyil, metronun "Koroğlu" stansiyasına istiqamətləndirildiklərindən bu cür anlaşılmazlıq baş verib".
 
Oyundan öncə BNA-nın yaydığı məlumatda qeyd edilib ki, əvvəlcədən müəyyən edilən plana uyğun olaraq, biletli azarkeşlər saat 16:30-dan etibarən metronun "Qara Qarayev" stansiyasının qarşısından "X1 Express" xətti və metronun "Gənclik" stansiyasının qarşısından "X2 Express xətti" üzrə Bakı Olimpiya Stadionuna daşınacaq. Qurumun açıqlamasında həmçinin qeyd edilib ki, oyun bitdikdən sonra da azarkeşlər ekspress xətt avtobuslarla fasiləsiz və təhlükəsiz şəraitdə operativ şəkildə əvvəlcədən müəyyən olunmuş nöqtələrə - metronun "Qara Qarayev" və "Gənclik" stansiyalarına geri daşınacaq. Biletli azarkeşlərin ekpress xətt avtobusları ilə Bakı Olimpiya Stadionuna, eləcə də əks istiqamətdə daşınmasının ödənişsiz həyata keçiriləcəkdi.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ərdoğan TDT XİN rəhbərlərini qəbul edib
19:34 07.03.2026
Ərdoğan TDT XİN rəhbərlərini qəbul edib
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
19:17 07.03.2026
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
19:13 07.03.2026
DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
18:56 07.03.2026
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
18:48 07.03.2026
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
Bakı metrosunda cibgirlik edən saxlanıldı
18:39 07.03.2026
Bakı metrosunda cibgirlik edən saxlanıldı
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
18:20 07.03.2026
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
18:12 07.03.2026
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
17:53 07.03.2026
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir
17:47 07.03.2026
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
17:43 07.03.2026
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Ceyhun Bayramov TDT Baş katibi ilə İranın dron hücumlarını müzakirə edib
17:21 07.03.2026
Ceyhun Bayramov TDT Baş katibi ilə İranın dron hücumlarını müzakirə edib
Bayram Beqay Prezident İlham Əliyevə zəng edib, İranın dron hücumunu qınayıb
16:54 07.03.2026
Bayram Beqay Prezident İlham Əliyevə zəng edib, İranın dron hücumunu qınayıb
XİN Yaxın Şərqdən təxliyə ilə bağlı məlumat yayıb
16:41 07.03.2026
XİN Yaxın Şərqdən təxliyə ilə bağlı məlumat yayıb
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
16:37 07.03.2026
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
200-dən çox vətəndaşımız Ciddədən təxliyə edildi
16:21 07.03.2026
200-dən çox vətəndaşımız Ciddədən təxliyə edildi