Bakı Olimpiya Stadionu burada olacaq - FOTOLAR

İDMAN
15:43 27.04.2013
2456
"Ekol Mühəndislik Xidmətləri" QSC Bakı Olimpiya Stadionunun tikiləcəyi ərazidən fekal suların kənarlaşdırılması layihəsini başa çatdırıb.Bu işə ötən ildən başlanılıb. Layihəni icra edən QSC-nin Tullantıların Emalı Departamenti (TED) icra müddətində əraziyə lazımı texnika, avadanlıq və işçi qüvvəsi cəlb edilib və müqavilə üzrə nəzərdə tutulmuş işlər həyata keçirilib.2012-ci ilin may ayından başlayaraq TED tərəfindən layihə ərazisindəki süni gölməçələrdən 1 milyon 190 min m3-dən çox fekal suları kənarlaşdırılıb.2013-cü ilin aprel ayında "Ekol Mühəndislik Xidmətləri" QSC “Sabunçu rayonu ərazisində Bakı Olimpiya Stadionunun tikintisi ilə əlaqədar ayrılmış ərazidən fekal suların kənarlaşdırılması” layihəsinin icrasını uğurla başa çatdırmışdır.//anspress
OXŞAR XƏBƏRLƏR