Bakı polisi Lökbatandakı mitinqlə bağlı məlumat yaydı

Bakı polisi Lökbatandakı mitinqlə bağlı məlumat yaydı
SOSİAL
19:25 30.11.2019
5955
Bakı şəhər Baş Polis İdarəsi Lökbatanda keçirilən mitinqlə bağlı məlumat yayıb.

İdarədən AZXEBER.COM-a verilən məlumata görə, noyabrın 30-da özünü Azərbaycan Xalq Hərəkatı adlandıran qurumun paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki idman klubunun təlim bazasında Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin qurumun ümumi sayı 450 (dörd yüz əlli) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

Mitinq zamanı ictimai asayişin və hüquq qaydasının pozulması halları qeydə alınmayıb.
OXŞAR XƏBƏRLƏR