Bu gün Bakı-Qazax magistral yolunun Ağstafa rayonu ərazisindən keçən hissəsində "Toyota" və "VAZ 2107" markalı avtomobillərin toqquşması nəticəsində ağır yol nəqliyyat hadisəsi baş verib.
AZXEBER.COM xəbər verir ki, ilkin məlumata görə "VAZ 2107" markalı avtomobildə olan 3 nəfər şəxs dünyasını dəyişib.
Yaralılar var.
Faktla bağlı araşdırma aparılır.