Bakı-Qazax magistralında iki avtomobil toqquşub.
Hadisə yolun Tovuz rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
"VAZ 2107” və "KamAZ” markalı avtomobillərin toqquşması nəticəsində "VAZ”-ın sürücüsü, 24 yaşlı Vüqar Quliyev müxtəlif bədən xəsarətləri alaraq Tovuz rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. Vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.