Oktyabrın 8-də saat 08:50 radələrində Bakı-Qazax yolunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər (2-si qadın, 2-si kişi olmaqla) təcili tibbi yardım avtomobili vasitəsilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospiltazasiya olunub.
TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. Hazırda hər birinin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.