Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi şosesinin Abşeron rayonu, Hacı Zeynalabdin Tağıyev küçəsindən keçən hissəsində ağırtonnajlı yük maşınları yolda qalıb.
AZXEBER.COM Report-a istinadən xəbər verir ki, yolun buz bağlaması səbəbindən 30-a yaxın ağırtonnajlı nəqliyyat vasitəsi hərəkət edə bilməyib ki, bu da tıxacın yaranmasına gətirib çıxarıb.
Bildirək ki, yanvarın 13-ü gecə saatlarından yağan qar hələ də davam edir.










































