Bakı-Quba yolu bu tarixdə açılır

Bakı-Quba yolu bu tarixdə açılır
SOSİAL
12:10 13.12.2022
186
"Bu ilin sonuna kimi Bakı-Quba yolunda, hazırda bərpası aparılan beton yolda işlər yekunlaşacaq”.

AZXEBER.COM xəbər verir ki, bu barədə qafqazinfo-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Qeyd edək ki, bir neçə gün öncə millət vəkili Vahid Əhmədov Bakı-Quba yolunun yenilənən birinci mərhələsi dekabrın 20-də istifadəyə veriləcəyini demişdi.

O bildirmişdi ki, bu barədə məlumatı ona Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sədrinin müavini Əvəz Qocayev verib. Millət vəkilinin sözlərinə görə, sədr müavini telefon danışığı zamanı ona işlərin böyük sürətlə davam etdiyini və 6 briqadanın gecə-gündüz, növbəlilik əsasında işlədiyi məlumatını verib.
OXŞAR XƏBƏRLƏR