Xızı rayonunun Giləzi qəsəbəsində qamışlıq sahədə yanğın başlayıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə Giləzi qəsəbəsində qamışlıq sahənin yanması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.