Bakı-Quba yolunda ağır qəza - 1 nəfər ölüb, 18-i yaralanıb - VİDEO

Bakı-Quba yolunda ağır qəza - 1 nəfər ölüb, 18-i yaralanıb - VİDEO
SOSİAL
12:45 02.08.2024
282
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 11:20 radələrində Bakı-Sumqayıt magistralında yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə çağırış daxil olub.

Bu barədə AZXEBER.COM-un sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

Qeyd edilib ki, hadisə yerinə 8 təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən hadisə yerində bir nəfərin həkiməqədər ölümü qeydə alınıb.

Qəza nəticəsində xəsarət alan digər 18 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslərdən ikisi reanimasiyaya yerləşdirilib. Vəziyyətləri ağır qiymətləndirilir. Digər şəxslərə isə Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərilir. Vəziyyətləri orta ağır qiymətləndirilir.

 
12.06
 
Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 29 saylı marşrut avtobusu Sumqayıt istiqamətində hərəkətdə olan sərnişin avtobusu ilə toqquşub

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunun 29-cu kilometrliyində qeydə alınıb.

Hadisə zamanı 10 nəfərdən çox yaralının olduğu bildirilir.
 

 

 


OXŞAR XƏBƏRLƏR