Bakı-Quba yolunda ağır yol qəzası: ölən var

Bakı-Quba yolunda ağır yol qəzası: ölən var
09:55 26.02.2013
1637
Bu gün səhər saatlarında Bakı-Quba yolunun 95-ci kilometrliyində tikinti şirkətlərinə məxsus avtomobillər ağır yol qəzası törədib.AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, “Azərkörpü” tikinti şirkətinə məxsus 1971-ci il təvəllüdlü Faiq İsmayıl oğlu Abdullayevin idarə etdiyi “Mercedes” markalı minik avtomobili “Aztrans” tikinti şirkətinə məxsus vətəndaş tərəfindən idarə olunan “Shaqman” markalı yük avtomobililə toqquşub. Nəticədə “Mercedes” markalı avtomobilin sürücüsü hadisə yerində ölüb.
OXŞAR XƏBƏRLƏR