Bakı-Quba yolunda yük və minik avtomobilləri toqquşub

Bakı-Quba yolunda yük və minik avtomobilləri toqquşub
SOSİAL
11:12 22.07.2017
801
Bu gün səhər saatlarında Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

Hadisə magistralın Şabran rayonu ərazisindən keçən hissəsində baş verib.

1970-ci il təvəllüdlü Zülfiyyə İbrahimovanın idarə etdiyi "Mersedes” markalı minik avtomobili eyni istiqamətdə hərəkhərəkətdə olan "İsuzu” markalı yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü və nəqliyyat vasitəsində olan qızı, 2007-ci təvəllüdlü Alına Aslan Dursun qızı müxtəlif dərəcəli xəsarətlərlə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.
 
///APA
OXŞAR XƏBƏRLƏR