Bakı sakini 3 kq heroinlə tutuldu

KRİMİNAL
11:12 25.06.2022
558
Bakı sakini narkotiklə saxlanılıb.

DİN-in mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini N.Əhmədzadə saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 5 qramdan artıq heroin aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan əlavə olaraq 3 kiloqram 34 qram heroin götürülüb.

Araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR