Bakı sakini binanın 9-cu mərtəbəsindən yıxılıb

Bakı sakini binanın 9-cu mərtəbəsindən yıxılıb
SOSİAL
10:59 25.03.2024
200
Bakının Nizami rayonunda yaşlı kişi bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Babək prospektində qeydə alınıb.

Belə ki, 33A ünvanında yerləşən çoxmərtəbəli binanın 9-cu mərtəbəsində yaşayan 1967-ci il təvəllüdlü Rauf Rafiq oğlu Aydazadə eyvandan yıxılıb.

Ağır xəsarətlər alan R.Aydazadə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
OXŞAR XƏBƏRLƏR